Tovuz rayonu istiqamətində mövqelərimiz atəşə tutulub | 1news.az | Xəbərlər
Siyasət

Tovuz rayonu istiqamətində mövqelərimiz atəşə tutulub

S.Xankişiyeva10:06 - 07 / 04 / 2022
Tovuz rayonu istiqamətində mövqelərimiz atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 6-sı axşam saatlarında dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Bu haqda 1news.az Müdafiə Nazirliyinə istinadla xəbər verir.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Paylaş:
441

Son xəbərlər

Bütün xəbərlər