Enerji Məsələlərini Tənzimləmə Agentliyinin səlahiyyətləri artırıldı | 1news.az | Xəbərlər
Rəsmi

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin səlahiyyətləri artırıldı

S.Xankişiyeva14:57 - 08 / 04 / 2022
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin səlahiyyətləri artırıldı

Prezident İlham Əliyev “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, fərmana əsasən, Enerji Məsələlərini Tənzimləmə Agentliyinə yeni səlahiyyət verilib.

Agentlik müayinə və texniki xidmət məlumatları üzrə reyestrə daxil edilmiş məlumatlar əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada monitorinq keçirəcək, müayinə və texniki xidmətlə bağlı qanunla müəyyən edilmiş tələblərə riayət edilmədiyini aşkar etdikdə, icrası məcburi olan göstərişlər verəcək.

Paylaş:
334

Son xəbərlər

Bütün xəbərlər