Ceyhun Bayramov və Mövlud Çavuşoğlu Brüssel görüşünü müzakirə ediblər
8 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, nazirlər bölgədə mövcud olan son vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması məsələləri və bu xüsusda, Brüsseldə keçirilmiş yüksək səviyyəli görüşü müzakirə ediblər.
Telefon danışığı zamanı, həmçinin Ukraynada və ətrafındakı vəziyyət, çoxtərəfli platformalarda əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə mövzusu təşkil edib.
331