Hacıağa Məmmədov ağırlıqqaldırma üzrə Azərbaycan çempionu olub
Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı davam edir.
1news.az-ın verdiyi xəbərə görə, kişilər arasında körpücük üzərinə ilk olaraq çəkisi 55 kiloqram çəki dərəcəsində olan idmançılar çıxıblar. Toplam 179 kiloqram (82+97) çəkinin öhdəsindən gələn Hacıağa Məmmədov qızıl medala layiq görülüb. Dəniz Cabbarlı (167 kq, 80+97) gümüş, Ramiz Kərimov (165 kq, 80+85) isə bürünc medala sahib olublar.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayır.
Çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların heyətinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.