Mariupol uğrunda döyüşlər intensivləşib - Britaniya kəşfiyyatı
Rusiya silahlı qüvvələri Donetsk və Luqans regionlarının top atəşinə tutulmasını davam etdirib.
1news.az APA-ya istinadən bildirir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında bildirilib.
Qeyd olunub ki, Ukrayna qüvvələri Rusiyanın həmin regionlarda bir neçə hücumunu dəf edib, nəticədə Rusiya ordusunun tankları, nəqliyyat və artilleriya vasitələri sıradan çıxarılıb.
Vurğulanıb olunub ki, Rusiya idarəolunmayan bombalardan istifadəni davam etdirib və bu, hədəfə alma və zərbələr endirmə zamanı növbəti mülki itkilərə səbəb olmaq riskini çox artırır.
Məlumatda Mariupol uğrunda döyüşlərin intensivləşdiyi qeyd olunub.
1news.az
309