Qida məhsullarının müxtəlif minerallarla zənginləşdirilməsi mümkün olacaq - AQTA sədri
“Qida Təhlükəsizliyi haqqında” qanunun qəbul edilməsi ilə Agentliyə heç bir əlavə səlahiyyət verilmir.
1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
O qeyd edib ki, qanunun qəbulu AQTA-nın həyata keçirdiyi səlahiyyətlərin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.
Q.Təhməzov əlavə edib ki, bu qanunun qəbulundan sonra qida məhsullarının müxtəlif minerallarla zənginləşdirilməsi mümkün olacaq.
“Bir sıra minerallar qida məhsullarında azlıq təşkil edəndə bəzi xəstəliklər ortaya çıxır. Qida məhsullarında dəmirin, D vitamininin çatışmazlığı insan orqanizmində bəzi problemlərə yol açır”, - deyə o əlavə edib.
1news.az
291