Ukraynanın tanınmış futbol məşqçisi müharibədə həlak olub | 1news.az | Xəbərlər
Dünya

Ukraynanın tanınmış futbol məşqçisi müharibədə həlak olub

14:03 - 13 / 04 / 2022
Ukraynanın tanınmış futbol məşqçisi müharibədə həlak olub

Ukraynalı futbol məşqçisi Viktor Tkaçuk Rusiya ilə müharibədə vəfat edib.

1news.az "Report"a istinadən xəbər verir ki, mütəxəssis Mariupolda dünyasını dəyişib.

Ailəsini təhlükəsiz yerə aparan Tkaçuk insanlara kömək etmək üçün şəhərdə qalıb. O, hündürmərtəbəli binanın yanğının söndürüldüyü vaxt snayper gülləsinə tuş gəlib. Qonşular onu evinin həyətində basdırıblar.

Qeyd edək ki, əslən Volın vilayətindən olan Viktor Tkaçuk Donetsk "Şaxtyor"unun akademiyasında işləyib.

1news.az

Paylaş:
288

Son xəbərlər

Bütün xəbərlər