Peskov: Putin Zelenski ilə görüşdən heç vaxt imtina etməyib | 1news.az | Xəbərlər
Dünya

Peskov: Putin Zelenski ilə görüşdən heç vaxt imtina etməyib

15:21 - 14 / 04 / 2022
Peskov: Putin Zelenski ilə görüşdən heç vaxt imtina etməyib

"Putin heç vaxt Zelenski ilə görüşdən qəti şəkildə imtina etməyib, amma bunun üçün sənədin mətni hazırlanmalıdır".

1news.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Əgər Putinlə Zelenski arasında söhbət baş tutacaq, Kreml bu barədə məlumat verəcək", - o qeyd edib.

"Kiyev ilə üzbəüz danışıqların davam etdirilməsi ilə bağlı hələlik heç bir anlaşma yoxdur", - Peskov bildirib.

1news.az

Paylaş:
352

Son xəbərlər

Bütün xəbərlər