Ukrayna Baş Qərargahı: Rusiya qoşunları bütün şərq cəbhəsi boyunca hücuma keçib | 1news.az | Xəbərlər
Dünya

Ukrayna Baş Qərargahı: Rusiya qoşunları bütün şərq cəbhəsi boyunca hücuma keçib

14:05 - 19 / 04 / 2022
Ukrayna Baş Qərargahı: Rusiya qoşunları bütün şərq cəbhəsi boyunca hücuma keçib

Rusiya qoşunları müharibənin ikinci fazasında bütün şərq cəbhəsi boyunca hücuma keçib.

1news.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Ordusunun Baş Qərargahının bəyanatında bildirilib.

Qeyd olunub ki, Rusiya qoşunları Donbas regionu üzərində tam nəzarəti ələ keçirmək məqsədi ilə bütün səylərini 480 kilometr uzunluğundakı şərq cəbhəsi boyunca aparılan hərbi əməliyyatlara yönəldib və bütün cəbhə boyunca Ukrayna müdafiə xəttini yarmağa çalışıb.

Luqansk regional hərbi idarəsinin rəhbəri Sergey Haidai bildirib ki, Rusiya qüvvələri bu vaxtadək yalnız iki ərazini - Kreminna şəhəri və daha bir kiçik şəhəri ələ keçirə bilib.

1news.az

Paylaş:
345

Son xəbərlər

Bütün xəbərlər