“AzerGold” QSC istehsalat proseslərini optimallaşdırıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

“AzerGold” QSC istehsalat proseslərini optimallaşdırıb

18:10 - 19 / 04 / 2022
“AzerGold” QSC istehsalat proseslərini optimallaşdırıb

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və istehsalat proseslərinin optimallaşdırılması istiqamətində fəaliyyətini uğurla davam etdirir.

Xatırladaq ki, Cəmiyyət 2017-ci ildə “Çovdar” yatağında istismar işlərinə başlayarkən mədənin oksidləşmiş filizlərinin iqtisadi cəhətdən səmərəli qızıl həcmi 212 min unsiya miqdarında təsdiqlənmiş, hasilat işlərinin 2020-ci ildə yekunlaşacağı hesablanmışdır. “AzerGold” QSC tərəfindən ötən dövr ərzində beynəlxalq məsləhətçi şirkətlərin cəlb edilməsi ilə müasir texnoloji yeniliklərin tətbiqi ilə aparılmış planlı geoloji kəşfiyyat və buruqqazma işləri nəticəsində sözügedən yatağın üst qatlarında yerləşən oksidləşmiş filiz həcmlərinin artırılması, üstəlik yerin daha dərin qatlarındakı tranzit və sulfid filizlərinin emalı satılabiləcək qızıl ehtiyatlarını artırmağa imkan yaratmışdır.

Bundan əlavə, “Çovdar” mədəninin yaxınlığında yerləşən və müstəqil şəkildə iqtisadi səmərəsizlik riski daşıyan nisbətən kiçik, cinah yataqların ardıcıl istismara cəlb edilməsi “Çovdar” mədəninin bazasında yaradılmış Çovdar İnteqrəedilmiş Regional Emal Sahəsinin (ÇİRES) ümumi ehtiyatlarını artırmışdır. Beləliklə, sahənin istismar müddəti 2020-ci ildən 2028-ci ilədək uzadılmaqla fəaliyyət dövrü 8 il, ümumi ehtiyatları isə ilkin hesablanan 212 min unsiyaya əlavə olaraq 519.9 min unsiya artırılmış, 731,9 min unsiyaya çatdırılmışdır. Hazırda müvafiq kəşfiyyat və tədqiqat işlərinin davam etdirildiyi nəzərə alınaraq sözügedən həcmlərin daha da artırılması istisna edilmir.

Sadalanan göstəricilərə nail olunması üçün ÇİRES-də mövcud qırıcı və konveyer xəttinin optimizasiyası nəticəsində keçirmə qabiliyyəti təkmilləşdirilmiş, xəttlərin mövcud istehsal imkanları 50%-dək artırılmışdır. Hazırda topa aşındırma üsulu ilə işləyən emal zavodu ilə yanaşı, tranzit və sulfid filizlərinin emalı üçün çən aşındırma (CİL) üsulu ilə fəaliyyət göstərəcək yeni emal zavodunun tikintisi də sürətlə davam etdirilir. Tikinti layihəsinin idarəedilməsi və keyfiyyətə nəzarət məqsədilə Cənubi Koreyanın “Heerim Architects & Planners Co” məsləhətçi şirkəti, zavodun və müvafiq infrastrukturun qurulması üzrə isə “Maqro Construction” beynəlxalq tikinti şirkəti tərəfindən müvafiq işlər görülür.

Sözügedən təkmilləşdirmə işləri çərçivəsində cari ilin birinci rübündə 10 592 unsiya qızıl istehsal edilmişdir. Bu göstəricinin ötən ilin müvafiq dövrü ilə müqayisədə nisbətən az olmasına baxmayaraq, dayanıqlı hasilatın təmin edilməsi məqsədi ilə aparılmış optimizasiya işləri hasilatın həm cari, həm də ötən illin illik planından daha artıq icra edilməsinə, sözügedən sahənin fəaliyyət dövrünün 8 il artırılması isə bölgədə davamlı məşğulluğun təmin olunmasına və yeni iş yerlərinin açılmasına səbəb olacaqdır.

Reklam hüququnda

Paylaş:
276

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər