“Paramount” Rusiyada öz telekanallarının yayımını dayandırıb | 1news.az | Xəbərlər
Dünya

“Paramount” Rusiyada öz telekanallarının yayımını dayandırıb

17:45 - 29 / 04 / 2022
“Paramount” Rusiyada öz telekanallarının yayımını dayandırıb

"Paramount" Rusiyada özünün MTV, Nickelodeon, Paramount Channel və Paramount Comedy kanallarının yayımını dayandırmaq qərarına gəlib.

1news.az oxu.az-a istinadən xəbər verir ki, bildirilir ki, şirkətə məxsus kanalların "Bilayn" və "Rostelekom" istifadəçiləri üçün yayımı dayanıb.

Bunun əvəzinə tamaşaçılar ekranda belə bir mesaj görüblər:

"Hörmətli izləyicilər! Bizdən asılı olmayan səbəblərə görə kanalın Rusiya Federasiyası ərazisində yayımı müvəqqəti olaraq dayandırılıb".

1news.az

Paylaş:
330

Son xəbərlər

Bütün xəbərlər