Xarkov vilayətində bir gündə 5 dinc sakin öldürülüb, 11 nəfər yaralanıb | 1news.az | Xəbərlər
Dünya

Xarkov vilayətində bir gündə 5 dinc sakin öldürülüb, 11 nəfər yaralanıb

12:31 - 29 / 04 / 2022
Xarkov vilayətində bir gündə 5 dinc sakin öldürülüb, 11 nəfər yaralanıb

Xarkov vilayətində son sutka ərzində ruslar 5 dinc sakini öldürüb, daha 11 nəfəri yaralayıb.

1news.az bildirir ki, bu haqda Xarkov Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov Telegram-da məlumat verib.

"Düşmən Xarkovu artilleriyadan vurmağa davam etdi. Bu gün onlar Kiyev və Nemışlyanski rayonlarını atəşə tutublar. 2 dinc sakin həlak olub, 4 Xarkov sakini yaralanıb.

Xarkov vilayətində yaşayış məntəqələrinin atəşə tutulması da davam edib. Xrolıda - 1 yaralı, Kotliaridə - 1 yaralı var, 1 nəfər isə öldü. Pokotilovkada - 5 yaralı, 2 ölü var", - Sinegubov yazıb.

"Ruslar İzyumdan Brajkovka, Dovqenkiy və Bolşaya Kamışevaxi istiqamətində irəliləməyə növbəti cəhd etdilər.

Lakin onlar böyük itki verdilər və geri çəkilməyə məcbur oldular. Müdafiəçilərimiz qəhrəmancasına xətti tuturlar. Düşmən ağır itkilər verir", - o qeyd edib.

1news.az

Paylaş:
416

Son xəbərlər

Bütün xəbərlər