İlham Əliyev Türkiyədə Rizə-Artvin Hava Limanının açılışında iştirak edib - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Türkiyədə Rizə-Artvin Hava Limanının açılışında iştirak edib - FOTO - YENİLƏNİB

Qafar Ağayev17:37 - 14 / 05 / 2022
İlham Əliyev Türkiyədə Rizə-Artvin Hava Limanının açılışında iştirak edib - FOTO - YENİLƏNİB

Mayın 14-də Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimi keçirilib.

1news.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılışda iştirak ediblər.

Yeni hava limanına ilk dəfə göyərtələrində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin olduqları təyyarələr eniş edib.

Hər iki ölkənin dövlət başçılarının təyyarələri nəhəng su tağının altından keçib.

Rize-Artvin Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyevi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.

Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamlayıb.

Daha sonra qardaş ölkələrimizin prezidentləri açılış mərasiminin keçirildiyi məkana gəliblər.

Dövlət başçıları açılış mərasimində çıxış ediblər.

Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana xatirə hədiyyələri təqdim olunub.

Sonra birgə foto çəkdirilib.

Daha sonra Rize-Artvin Hava Limanının açılışını bildirən lent kəsilib.

***

Saat 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də Türkiyəyə rəsmi səfər edib.

1news.az Azərbaycan Televiziyasına istinadən xəbər verir ki, Prezident İlham Əliyev Türkiyənin Rizə şəhərində yeni inşa olunan Rizə-Artvin Hava Limanının açılışında iştirak edir.

Tədbir Azərbaycan Televiziyası vasitəsilə birbaşa yayımlanır.

Paylaş:
823

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər