Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan ombudsmanları Şuşada səfərdədirlər - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan ombudsmanları Şuşada səfərdədirlər - FOTO

S.Xankişiyeva14:21 - 24 / 05 / 2022
Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan ombudsmanları Şuşada səfərdədirlər - FOTO

"TÜRKPA üzv dövlətlərində insan hüquqlarının qorunması" mövzusunda konfransın iştirakçılarının bir qrupu ilk öncə Füzuli hava limanına, sonra isə Şuşaya yola düşüblər.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, səfərdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Türkiyə Ombudsmanı Şeref Malkoç, Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Muharrem Kılıç, Qazaxıstan Ombudsmanı Elvira Azimova, Qırğızıstan Ombudsmanı Atır Abdrahmatova və digər şəxslər iştirak edir.

Qonaqlar Şuşa şəhərinin erməni işğalı dövründə dağıntılara məruz qalmış tarixi abidələrinin qalıqlarına baxıblar. Onlar Şuşanın qala divarlarını, Cıdır düzünü, Vaqifin məqbərəsini və digər tarixi məkanları ziyarət ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili təsisatının 20 illiyinə həsr olunan konfrans sabah Bakıda keçiriləcək.

Paylaş:
417

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər