“Azərişıq”dan yenilik - Yeni avadanlıq ilə Şuşanın rəqəmsal əkizi yaradılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərişıq”dan yenilik - Yeni avadanlıq ilə Şuşanın rəqəmsal əkizi yaradılıb - FOTO

Qafar Ağayev11:13 - 27 / 05 / 2022
“Azərişıq”dan yenilik - Yeni avadanlıq ilə Şuşanın rəqəmsal əkizi yaradılıb - FOTO

“Bizdə xüsusi proqram təqdimatı var və Şuşanın 3D xəritəsi artıq çəkilib”.

1news.az xəbər verir ki, bu barədə Bakıda keçirilən “Teknofest Azərbaycan festivalında “Azərişıq” ASC-nin sədrinin innovasiyalar 3D mobil xəritə üzrə məsləhətçisi Elşən Musayev deyib.

“Bu gün “Azərışığ”ın tətbiq etdiyi texnologiya Teknofestdə heç kimdə yoxdu”. Bu gün Şuşanı gəzilməli küçələrinin hamısı 3D xəritədə yer alıb. Bütün ərazilər maşınla gəzilir və “skanner”lə çəkilib, 360 dərəcəli görüntümüz var. Bizim “Leica Pegasus 2 Ultimate” avadanlığımız saniyədə 1 milyon nöqtə vurur. Bütün Şuşa bizdə nöqtə buludu və panorama şəklində mövcuddur”.

“Bu gün dünyada ən dəbdə olan söz “Digital tweening”, yəni rəqəmsal əkiz sözüdür” – deyə, o bildirib.

“Bu o deməkdir ki, biz Şuşanın rəqəmsal əkizini yaratmışıq, komputerdədir. Sabah hansısa tikinti işləri aparılmalıdır, istənilən təmir işləri və yaxud yeni layihələndirmə üçün, investor cəlb etmək üçün Şuşaya getməyə ehtiyac yoxdur. Biz bunun üzərinə APİ (Application Programming Interface - Tətbiq proqramlaşdırma interfeysi) ilə digər statistik məlumatları açsaq, istənilən investora göstərə bilərik. Bizdə Şuşanın artıq rəqəmsal əkizi var. Bu rəqəmsal əkiz bu gün “Azərişıq”dadır, heç kimdə yoxdur”.

E.Musayev deyib ki, texnologiya tətbiq olunub, data var, bundan istifadə etmək mütləq lazımdır.

“Birincisi, bu xərcləri azaldır, optimallaşdırır və şəffaflaşdırır. Cənab Prezident keçən dəfə Zəngilanla bağlı pasportlaşmadan danışırdı. Bu texnologiya ilə bütün infrastrukturu görmək olur. Dirəklərdi, binalardı və s. büyün bunların pasportlaşması tam rahat şəkildə baş verir. Burada ən vacib olan odur ki, biz obyektin hansı koordinatda olduğunu görürük. “Google” Azərbaycanın dəqiq xəritəsini heç vaxt çəkməyib. Bizdə olan dəqiq koordinat kimi dəqiq koordinat yoxdur. Zaqatala, Qəbələ, Gəncə, Quba, Xaçmaz və Xırdalanın 3D xəritəsi çəkilib. “Azərişıq” yavaş-yavaş bu işləri görür”.

“Biz lahiyəni icra edərkən yerli kadrlardan istifadə etmişik” – deyə, “Azərişıq” nümayəndəsi əlavə edib:

“Biz layihəni icra edərkən birinci mərhələdə xarici ekspertlərin təcrübəsindən istifadə etdik. Bütün yerli kadrlar təlimə cəlb olunub, bu gün “Azərişığ”ın işçiləri bununla məşğul olur”.

Paylaş:
346

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər