Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubları gəlməkdə davam edir | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubları gəlməkdə davam edir

S.Xankişiyeva18:01 - 28 / 05 / 2022
Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubları gəlməkdə davam edir

Estoniya Parlamentinin sədri Yuri Ratas Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram.

Azərbaycan Respublikasına son səfərimiz zamanı nümayəndə heyətimizə göstərdiyiniz möhtəşəm və səmimi qonaqpərvərliyə görə Sizə və komandanıza minnətdarlığımı bildirirəm. Ölkənizə səfər etmək və Sizin qəbulunuzda olmaq şəxsən mənim və Estoniya nümayəndə heyəti üçün böyük şərəfdir.

Əminəm ki, bu görüş ölkələrimiz arasında münasibətlərin bundan sonra da güclənməsinə mühüm töhfə verəcəkdir.

İnanıram ki, təcrübə mübadiləsi və birgə səylərimiz əlaqələrimizi daha da möhkəmləndirəcək və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq imkanlarını genişləndirəcəkdir.

Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".

XXX

Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:

"Hörmətli Prezident, əziz dost.

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi təbrik edirəm.

Sizin səylərinizlə Azərbaycanda bütün sahələrdə uğurların şahidi olmaqdan məmnunluq duyuram.

Cənab Prezident, Qarabağda davam edən quruculuq işlərini xüsusilə vurğulamaq istəyirəm.

Qeyd etmək istərdim ki, Azərbaycan ilə Xorvatiya arasında əlaqələr xalqlarımızın mənafeyi naminə əməkdaşlığa güclü təkan verir.

Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə və bütün dost Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm".

XXX

GUAM-ın Baş katibi Altay Əfəndiyev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:

"Zati-aliləri.

İcazə verin, Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın – GUAM-ın Katibliyi adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda Azərbaycan xalqını təbrik edim.

104 il əvvəl mayın 28-də yeni müstəqil dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan edildi, bununla da Şərqdə və bütün müsəlman dünyasında ilk demokratik dövlət quruldu. Gənc dövlətin təməlində hələ Avropanın bir çox qabaqcıl və inkişaf etmiş ölkələrində belə tətbiq edilməmiş mütərəqqi ideyalar, prinsiplər və bəşəri dəyərlərlə bağlı uzun illər mövcud olan milli istiqlaliyyət arzuları dayanırdı.

İlk respublikanın ömrü uzun sürməsə də, onun ideyaları və arzuları insanların yaddaşından heç vaxt silinmədi, çoxsaylı təzyiq və maneələrə baxmayaraq, onilliklərdən sonra yenidən dirçəldi və reallaşdı.

Müasir Azərbaycan Respublikası milli atributları və müstəqillik ideyalarını qoruyub saxlamaqla Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edilib. Respublika dramatik və faciəvi, eyni zamanda, şərəfli və qəhrəmanlıqlarla dolu yeni mərhələyə daxil olub. Ölkənin 30 illik yeni tarixində bir çox dəyişikliklər baş verib, milli dirçəliş, iqtisadi inkişaf, güclü dövlətin qurulması, ən əsası, tarixi torpaqlarının azad edilməsi və ərazi bütövlüyünün bərpası yolunda qazanılan şanlı Qələbə bunun kulminasiya nöqtəsidir. Bu müddət ərzində ölkə rəhbərliyi strateji baxışı, müdrikliyi, eləcə də səbir və fədakarlığı ilə öz xalqına xidmət prinsipini əsas tutaraq sarsılmaz qətiyyət və böyük işgüzarlıq nümayiş etdirmişdir.

Bu gün Azərbaycan müasir və davamlı inkişaf edən, dinamik və şaxələndirilmiş iqtisadiyyata, fəal cəmiyyətə malik olan mühüm aktor, eləcə də beynəlxalq aləmdə sülh, sabitlik, əməkdaşlıq, dialoq və anlaşmanı təşviq edən nüfuzlu dövlətdir.

Bir çoxları müstəqillik uğrunda mübarizəni ölkənin yaşamaq instinktinin güclü təzahürü, çoxsaylı təzyiq və çağırışlara, eləcə də ən çətin anlarda ancaq özünə güvənərək tab gətirmək qabiliyyəti hesab edirlər. Bu gün müstəqil Azərbaycanın bu təcrübəsi mövcudluqla bağlı təhdidlərlə üzləşən və öz hüquqlarını müdafiə edən dövlətlər üçün ilham mənbəyi və nümunədir.

Bu gün beynəlxalq nizamın kobud şəkildə pozulduğu, beynəlxalq sülhün, sabitliyin və təhlükəsizliyin ciddi şəkildə təhlükə altına düşdüyü bir vaxtda bu, xüsusi əhəmiyyət kəsb edir. Belə kritik vəziyyətlər beynəlxalq sülh və nizamın olmasını, eləcə də ölkələrin müstəqillik uğrunda hüquqlarını müdafiə edən dünya liderlərindən birlik, həmrəylik, mətanət, dəyişməz və barışmaz mövqe tələb edir.

Zati-aliləri, məhz bununla əlaqədar olaraq beynəlxalq hüququn norma və prinsiplərinin, bəşəri dəyərlərin müdafiəsində nümayiş etdirdiyiniz güclü mənəvi və prinsipial mövqeyinizə, eləcə də köməyə ehtiyacı olanlara göstərdiyiniz əhəmiyyətli dəstəyə görə Sizə minnətdarlığımızı bildirmək istəyirik. Bu, bir çox liderlər üçün gözəl nümunədir.

Biz, həmçinin təşkilatımız çərçivəsində dost ölkələr və strateji tərəfdaşlar arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində və gücləndirilməsində oynadığı rola görə Azərbaycan Respublikasına minnətdarlığımızı bildiririk. Qəti şəkildə inanırıq ki, əməkdaşlığımızı daha səmərəli və məhsuldar etmək üçün regional təşkilat kimi GUAM-ın potensialından daha çox istifadə etməliyik. Bununla biz regional və beynəlxalq sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verə bilərik.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, bir daha Sizi və Sizin simanızda Azərbaycan xalqını milli bayram münasibətilə təbrik edir, sülh və daha böyük tərəqqi arzulayırıq. Biz, həmçinin Sizə müstəqil, güclü və inkişaf edən Azərbaycanla bağlı arzularınızın və strategiyanızın həyata keçirilməsi istiqamətində fəaliyyətinizdə uğurlar diləyirik. Müstəqillik Gününüz mübarək!"

Paylaş:
417

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər