Qəbələdə yol tikintisinə 12,7 milyon manat ayrılıb - SƏRƏNCAM | 1news.az | Xəbərlər
Rəsmi

Qəbələdə yol tikintisinə 12,7 milyon manat ayrılıb - SƏRƏNCAM

Qafar Ağayev14:30 - 14 / 06 / 2022
Qəbələdə yol tikintisinə 12,7 milyon manat ayrılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev Qəbələ rayonunun Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən xəbərinə görə, Sərəncamda qeyd edilir ki, yeddi min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.9-cu yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 12,7 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Paylaş:
370

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər