“Diplomatla söhbət”: Argentinadakı səfirimiz iki ölkəni birləşdirən ortaq maraqlardan danışır | 1news.az | Xəbərlər
Müsahibə

“Diplomatla söhbət”: Argentinadakı səfirimiz iki ölkəni birləşdirən ortaq maraqlardan danışır

Qafar Ağayev09:11 - 17 / 06 / 2022
“Diplomatla söhbət”: Argentinadakı səfirimiz iki ölkəni birləşdirən ortaq maraqlardan danışır

1news.az "Diplomatla Söhbət" adlı yeni rubrikaya start verib.

Rubrika çərçivəsində Azərbaycan Respublikasının Argentinadakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanovla müsahibəni təqdim edirik:

- Coğrafiya baxımından bir-birindən çox uzaqda, dünyanın ayrı-ayrı qitələrində yerləşən Azərbaycanla Argentinanı hansı ortaq maraqlar birləşdirir?

- Azərbaycan və Argentina paytaxtları arasında məsafə təqribən 14 min km-dir və bu doğurdan da, iki ölkənin coğrafi baxımdan bir-birindən nə qədər uzaq olması barədə təsəvvür yaradır. Buna baxmayaraq, Azərbaycan ilə Argentinada arasında çoxsaylı bənzərliklər vardır. Məsələn, hər iki ölkə çoxmədəniyyətlidir, gözəl və deyə bilərəm ki oxşar təbiətləri var, insanlarımız qonaqpərvərdirlər, mədəniyyəti və idmanı sevirlər. Bu siyahını uzatmaq da olar. Ortaq maraqlara gəlincə, hər iki ölkə ikitərəfli münasibətlərin müxtəlif sahələrində mövcud və potensial əməkdaşlıq imkanlarını inkişaf etdirmək, xalqlarımız arasındakı dostluq münasibətlərini təşviq etməkdə maraqlıdır. Azərbaycanın Argentinada və Argentinanın da Azərbaycandakı diplomatik missiyaları bu maraqların təmin olunmasına töhfə verməkdədir.

- Argentinanın Azərbaycan üçün və Azərbaycanın Argentina üçün önəmi haqqında nə düşünürsünüz?

- Bu gün beynəlxalq münasibətlər sistemi çox dinamikdir və bu istər qlobal, istərsə də regional səviyyədə dövlətlər arasındakı münasibətlərə təsirsiz qalmır. Yeni reallıqlar dövlətləri öz milli maraqlarının təmin edilməsi üçün ikitərəfli və çoxtərəfli formatlardakı əməkdaşlıqlarına yenidən nəzər salmağa vadar edir. Yaranmış və ya yarana biləcək vəziyyətin təqdim edəcəyi imkan və çağırışlara daha hazırlıqlı olmaq üçün dövlətlər hər zaman xarici siyasətlərini şaxələndirərək reallıqlara çevik uyğunlaşdırmağa səy göstərirlər. Əgər bunu əyani şəkildə görmək istəsək, dövlət başçımız cənab İlham Əliyevin tərəfindən müəyyən edilən Azərbaycan Respublikasının xarici siyasət kursuna nəzər sala bilərik. Bu gün Azərbaycan nəinki yerləşdiyi əhəmiyyətli regionda, hətta qlobal səviyyədə müstəqil xarici siyasətə, siyasi və iqtisadi sabitliyə, etibarlı tərəfdaş imicinə, güclü və multimodal nəqliyyat tranzit imkanlarına malik, mehriban qonşuluq və çox mədəniyyətlilik ənənələrinə sadiq, humanitar xarakterli təşəbbüslərdə yaxından iştirak edən bir dövlət kimi tanınır. Bundan əlavə, Ali Baş Komandanımızın rəhbərliyi ilə dövlətimizin 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın Ermənistanın işğal etmiş olduğu torpaqlarımızı azad edərək ərazi bütövlüyü və suverenliyimizi bərpa etməsi və bununla 1993-cü ildən bəri öz icrasını gözləyən BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz gücü ilə icrası faktı da dünya ölkələrinə məlumdur. Təbii ki, bütün bu və digər amillər xarici dövlətləri, o cümlədən Argentinanı Azərbaycanla regionda əməkdaşlıq və tərəfdaşlıq üçün önəmli bir ölkə kimi cəlb edir. Azərbaycanla əməkdaşlığın Argentina üçün iqtisadi baxımdan da önəm daşıyır. Latın Amerikasının əksər ölkələri kimi, Argentina məhsulları üçün də əsas ixrac istiqamətləri Uzaq Şərq, xüsusən Çin bazarıdır. Bu baxımdan Azərbaycanın təklif etdiyi multimodal nəqliyyat-tranzit imkanları Argentina mənşəli məhsul və xidmətlərin təyinat məntəqələrinə daha tez, az xərclə və təhlükəsiz çatıdırılması, habelə Xəzər və Mərkəzi Asiya regionunda yeni ixrac bazarları tapmaq üçün yeganə alternativ və səmərəli seçim kimi gündəmdədir.

Azərbaycanın Argentina ilə əməkdaşlığında marağına gəldikdə isə, burada da həm siyasi, həm də iqtisadi səbəblər önə çıxır. Azərbaycan Respublikasının Latın Amerikasında ilk səfirliklərindən birinin məhz Argentinada təsis edilməsi də təsadüfü deyil. Argentina Latın Amerikasının ərazisi, əhalisi və inkişaf səviyyəsinə görə qabaqcıl ölkələrindən biri olmaqla yanaşı, regional təşkilatlarda da əsas söz sahiblərindən biridir. Məlum olduğu kimi Argentina əsasən kənd təsərrüfatı və yüksək texnologiyalar sahəsində xidmət və məhsulları ixrac edən ölkədir. Dövlətimizin ölkə iqtisadiyyatının şaxələndirməsi, xüsusən də qeyri-neft sektorunun inkişaf etdirilməsi prioritetlərini nəzərə alaraq bu sahələrdə də Argentina ilə əməkdaşlıq üçün geniş imkanlar vardır.

- Azərbaycan-Argentina münasibətlərinin gündəliyində bu gün hansı aktual mövzular mövcuddur?

- Bilindiyi kimi, Argentina çoxmillətli bir ölkədir və argentinalılar özləri də Argentinanı immiqrantlar ölkəsi adlandırırlar. Burada 50-yə yaxın müxtəlif milləti, o cümlədən bizim regiondakı qonşu ölkələri təmsil edən icmalar var. Bu icmalar 100 ildən artıqdır ki, Argentinada məskunlaşmışlar. Həm Argentina, həm də mənşə ölkələrinin vətəndaşları olan bu şəxslər öz mədəniyyətlərini və mənşə ölkələrini Argentinada illərdir təbliğ və təşviq edirlər. Bizim belə bir “yumşaq qüvvəmiz” olmamasına baxmayaraq, səfirliyimizin əməkdaşları milli maraqlarımızın müdafiəsi üçün ölkəmizi, tariximizi, mədəniyyətimizi və reallıqlarımızı Argentinada tanıtmaq kimi şərəfli bir missiyanı icra edirlər. Bu gün işğaldan azad edilmiş və mina ilə çirkləndirilmiş, urbisid-ekosidə məruz qalmış ərazilərimizdəki vəziyyət və dövlətimizin zamanla yarışaraq bu ərazilərimizdə gördüyü yenidənquruculuq və bərpa işləri, habelə Azərbaycanın regionun təhlükəsizliyi və hərtərəfli inkişafı barədə Argentina ictimaiyyəti məlumatlandırılır. Əminliklə deyə bilərəm ki, son on ildə argentinalılar Azərbaycanı daha yaxşı tanımağa başlayıblar. Bir sözlə, bu bizim gündəliyimizdə duran ən aktual məsələlərdən biridir. Bundan başqa, parlamentlərarası əməkdaşlıq, ikitərəfli ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, ölkələrimizin turizm sahəsində potensialların tanıdılması da əsas fəaliyyət istiqamətlərimizdəndir.

- Ölkələrimizin iqtisadi əməkdaşlığı haqqında nə deyə bilərsiniz?

- Azərbaycan və Argentinanın iqtisadiyyatını bir birini tamamlayan iqtisadiyyatlar kimi xarakterizə etmək olar. Ölkəmizin ixrac etdiyi oxşar məhsulların Argentinaya digər ölkələrdən idxal edildiyini, Argentinadan ixrac edilən oxşar məhsulların isə ölkəmizə üçüncü dövlətlərdən idxal edildiyini müşahidə etmək olar. Bunun ən əsas səbəbi iki ölkə arasında məsafə uzaqlığı və şirkətlərin ənənəvi bazarlara daha çox üstünlük verməsidir. Buna baxmayaraq son on ildə ticarət dövriyyəmiz üç dəfə artmışdır. Azərbaycan Argentinadan əsasən kənd təsərrüfatı və dərman preparatları, Argentina isə Azərbaycandan enerji və sənaye məhsulları idxal edir. Əvvəldə qeyd etdiyim kimi, Azərbaycan Argentina üçün yeni bazarlara və ya ənənəvi bazarlara daha səmərəli çıxış imkanları təqdim edən tranzit ölkəsi kimi də qəbul olunur. İki ölkə arasında Birgə Hökumətlərarası Komissiya mövcuddur və bu komissiyanın nəzərdə tutulan növbəti görüşündə ikitərəfli iqtisadi münasibətlərin bütün aspektlərini əhatə edəcək mövzuların müzakirəsi və təkliflərin hazırlanması da nəzərdə tutulur.

- Təhsil, mədəniyyət, humanitar sahələrdəki əlaqələrimizdə hər hansı yeniliklər gözlənilirmi?

- Deyə bilərəm ki, humanitar sahədəki əməkdaşlığımız çox uğurla həyata keçirilir. 2012-ci ildə Argentinanın La Plata Milli Universiteti nəzdində Azərbaycanşünaslıq kafedrası təsis edilmişdir. Səfirliyimiz və Azərbaycanşünaslıq kafedrası birgə çoxsaylı layihələr icra etmiş,Azərbaycanın yerləşdiyi regionda oynadığı rol və təqdim etdiyi imkanlar barədə müxtəlif təhsil müəssisələri və beyin mərkəzlərində təqdimat keçirmişdir. Azərbaycanın tarixi və mədəniyyəti, habelə milli liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti barədə kitab, əsərləri ilə dünya ədəbiyyatına töhfə vermiş Nəsimi və Nizami kimi dahi şairlərimizin əsərləri, Kitabi-Dədə Qorqud Dastanımızvə Azərbaycan xalçalarıkitabı ispan dilinə tərcümə edilərək nəşr edilmişdir.Azərbaycanın mədəniyyət və incəsənət xadimləri Argentinanın nüfuzlu mədəniyyət mərkəzləri və teatrlarında çıxış etmişdir. Ən sonuncu belə konsert keçən ilin dekabrında 2021-ci Nizami ili çərçivəsində Argentinanın Buenos Ayres və Mar del Plata şəhərlərində təşkil edilmiş və tamaşaçılar tərəfindən çox bəyənilmişdir. Argentinanın mədəniyyət kanalı olan “Canal a”-nın jurnalist və çəkiliş heyəti Azərbaycana səfər etmişdir. Bakı, Qobustan və Şəki şəhərlərində olmuş heyətin Azərbaycanın tarixi, mədəniyyəti, sosial həyatı haqqında hazırladığı silsilə verilişlər kanal tərəfindən bir neçə ay boyunca dəfələrlə yayınlanmışdır.Bu il –Şuşa ili çərçivəsində də bir sıra mədəni tədbirlərin təşkili nəzərdə tutulur. Gələn il isə Azərbaycan və Argentina arasında diplomatik münasibətlərin 30 illiyi qeyd olunacaq və təbii ki, bu münasibətlə də müxtəlif tədbirlər təşkil olunacaqdır. Ümumiyyətlə deyə bilərəm ki, Argentinada Azərbaycan mədəniyyətinə böyük marağın olduğu müşahidə olunur.

- Yaxın zamanda Argentinadan Azərbaycana, yaxud əks istiqamətdə yüksək səviyyəli səfərlər planlaşdırılırmı və hər hansı sənədlərin imzalanması gözlənilirmi?

- İndiyədək ölkələrimiz arasında müxtəlif səviyyəli çoxsaylı səfərlər baş tutmuşdur. Son olaraq cari ilin 9 may tarixində Argentinanın paytaxtı Buenos Ayres şəhərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov və Argentina Respublikasının xarici əlaqələr, beynəlxalq ticarət və etiqad nazirinin müavini Pablo Tettamantinin rəhbərlik etdikləri nümayəndə heyətlərinin iştirakı ilə xarici işlər nazirlikləri səviyyəsində siyasi məsləhətləşmələr keçirilmişdir. Bundan əlavə, Argentina xarici işlər naziri, Argentina Senatının xarici əlaqələr komissiyasının sədri, Argentina Xarici Əlaqələr Şurasının rəhbərliyi ilə məhsuldar olmuşdur. Görüşlər zamanı ikitərəfli məsələlərlə yanaşı, regionumuzdakı münaqişə sonrası vəziyyət, ölkəmizin prioritetləri, regional sülh və əməkdaşlığa töhfə verəcək təşəbbüsləri barədə məlumat verilmişdir. Əlbəttə, gələcəkdə də həm hökumət rəsmiləri, həm də parlament təmsilçilərinin qarşılıqlı səfərlərin həyata keçirilməsi nəzərdə tutulur. Adətən belə səfərlər zamanı qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələlərinin tənzimlənməsi üçün sənədlər də imzalanır. Bu gün iki ölkə arasında 20-dən artıq sənəd imzalanmış və 10-a yaxın sənəd layihəsi də tərəflər arasında razılaşdırılmaqdadır.

Müəllif: Yalçın Əliyev

Paylaş:
807

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər