Pensiyaların yardımla birlikdə ödəniləcəyi tarix açıqlandı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Pensiyaların yardımla birlikdə ödəniləcəyi tarix açıqlandı

Qafar Ağayev09:46 - 05 / 07 / 2022
Pensiyaların yardımla birlikdə ödəniləcəyi tarix açıqlandı

İyulun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) 1news.az-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, 2022-ci il üzrə ödənilən 200 manat maddi yardımın növbəti rüb üzrə veriləcək 50 manatı da iyul ayının pensiyasının üzərinə əlavə olunacaq.

Rəsmi məlumata görə, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Paylaş:
640

Son xəbərlər

Bütün xəbərlər