Azərbaycan nefti ucuzlaşır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan nefti ucuzlaşır

Qafar Ağayev11:03 - 13 / 07 / 2022
Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 12-də 113,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 6,19 dollar/barel azdır.

Bu barədə 1news.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 112,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 6,2 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 67,05 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 6,16 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 108,91 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 5,7 dollar/barel azdır.

Paylaş:
377

Son xəbərlər

Bütün xəbərlər