Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə rəis təyin edildi | 1news.az | Xəbərlər
Rəsmi

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə rəis təyin edildi

Qafar Ağayev15:04 - 15 / 07 / 2022
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə rəis təyin edildi

Prezident İlham Əliyev İ.Ə.Musayevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Sərəncamla İlqar Əli oğlu Musayev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini vəzifəsindən azad edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

***

Dövlət başçısının digər Sərəncamı ilə İlqar Əli oğlu Musayev Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi təyin edilib.

Paylaş:
742

Son xəbərlər

Bütün xəbərlər