Ukrayna XİN Xameneiyə cavab verib
Rusiyanın başlatdığı genişmiqyaslı müharibənin başlanğıcından bəri İran açıq şəkildə neytrallığını elan edib, atəşkəs, siyasi və diplomatik həlli müdafiə edib.
1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin(XİN) sözçüsü Oleq Nikolenkonun bəyanatında bildirilib.
O qeyd edib ki, Ukrayna tərəfi İran rəhbərliyinin ritorikasının dəyişməsindən narahatdır.
“Rusiya Federasiyasına hücumun hazırlanması ilə bağlı hər hansı ittiham əsassız və manipulyasiyadır. Biz İran tərəfini Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzünü qızışdıracaq bəyanatlardan və ya addımlardan çəkinməyə çağırırıq”, - XİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, İranın Ali Rəhbəri Seyid Əli Xamenei iki gün əvvəl Tehranda Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bildirib ki, əgər NATO-nun qarşısı alınmasaydı, onlar bir müddət sonra Krımı bəhanə edərək müharibəyə başlayacaqdılar.
1news.az