Yaponiya yeddinci dalğa ilə mübarizə aparır! | 1news.az | Xəbərlər
Dünya

Yaponiya yeddinci dalğa ilə mübarizə aparır!

14:20 - 23 / 07 / 2022
Yaponiya yeddinci dalğa ilə mübarizə aparır!

Covid-19 pandemiyasında 7-ci dalğanı yaşayan Yaponiyada gündəlik yoluxma sayı 152 min 535-ə çatıb.

1news.az Hürriyet.com-a istinadən xəbər verir ki, Yaponiyada günlük yoluxma sayında rekord qırıldı.

Yaponiya Səhiyyə Nazirliyinin və yerli hökumətlərin məlumatlarına görə, son 24 saat ərzində ölkə üzrə 152 535 yeni yoluxma təsdiqlənib.

Epidemiyanın başlanğıcından bəri görülən ən yüksək yoluxma sayı ölkə daxilində ümumi balansı 10 milyon 630 min 647-yə çatdırarkən, 53 vətandaşın ölümü ümumi ölüm sayını 31 min 715-ə yüksəltdi.

Yaponiyada gündəlik yoluxma hallarının sayı iyulun 15-də 103 311-ə çataraq fevral ayından bəri ilk dəfə 100 000 yoluxma həddini keçib. Yaponiyanın Baş naziri Fumio Kişida, hökumətin səhiyyə sistemini gücləndirməyə davam edəcəyini və yüksək hazırlıq vəziyyətində qalaraq, sosial-iqtisadi fəaliyyətləri normal vəziyyətə gətirmək üçün səyləri dəstəkləyəcəyini söylədi.

İnsanların sosial həyatını məhdudlaşdırmaq niyyətində olmadıqlarını vurğulayan Kişida, 60 yaşdan yuxarı insanlara və 18 yaşdan yuxarı xroniki sağlamlıq problemi olan xəstələrə vurulan 4-cü doza peyvəndin qocalara qulluq edən müəssisələrdə işləyən insanlar və səhiyyə işçiləri üçün də əlçatan olacağını bildirdi.

Digər tərəfdən, yay tətili mövsümündə səyahət etməzdən əvvəl insanların qatar stansiyalarında və hava limanlarında pulsuz sınaqdan keçməsinə imkan verəcək 100-dən çox test mərkəzi yaratmağı xahiş edəcəyi açıqlanıb.

Humay Əliyeva

Paylaş:
645

Sizin üçün xəbərlər

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər