Prezident İlham Əliyev: “Azərbaycan-Misir münasibətləri inkişaf edəcək və genişlənəcək” | 1news.az | Xəbərlər
Siyasət

Prezident İlham Əliyev: “Azərbaycan-Misir münasibətləri inkişaf edəcək və genişlənəcək”

11:13 - 23 / 07 / 2022
Prezident İlham Əliyev: “Azərbaycan-Misir münasibətləri inkişaf edəcək və genişlənəcək”

“Bu il diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edən ölkələrimiz arasındakı əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur”.

1news.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə Misirin milli bayramı – İnqilab Günü münasibətilə ünvanladığı məktubda bildirilib.

“İnanıram ki, Azərbaycan-Misir ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə bundan sonra da birgə səylərimizlə inkişaf edəcək və genişlənəcək”, - dövlət başçısı qeyd edib.

1news.az

Paylaş:
764

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər