Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılacaq | 1news.az | Xəbərlər
Siyasət

Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılacaq

13:09 - 25 / 07 / 2022
Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılacaq

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Prezident İlham Əliyevin irəli sürdüyü iki əsas təşəbbüsdən biri Hərəkatın Gənclər Şəbəkəsinin yaradılması idi.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin hazırkı sədri Orduxan Qəhrəmanzadə deyib.

O bildirib ki, 2021-ci ili oktyabrında təsis olunan Gənclər Şəbəkəsinin bu gün Bakıda ilk sammiti keçirilir:

“5 gün ərzində davam edəcək sammitdə 60-dan çox ölkənin gənc nümayəndələri iştirak edir. Biz sammit çərçivəsində ilk dəfə Azərbaycanda Qoşulmama Hərəkatının simulyasiya iclasını keçirəcəyik, tədbir çərçivəsində bir çox mövzular müzakirə olunacaq. Tədbirin əsas əhəmiyyəti ondan ibarətdir ki, bu sammit çərçivəsində ilk dəfə olaraq Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin Gənclər Təşkilatına çevrilməsi istiqamətində addımlar atılacaq, qərarlar veriləcək”.

O deyib ki, sammitin son günü iştirakçıların Şuşaya səfəri baş tutacaq və sammit boyu müzakirə olunan qərarlar Şuşada qəbul olunacaq: “Ümid edirik ki, Şuşada Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsini Gənclər Təşkilatına çevirəcək qərar qəbul edəcəyik. Və inanırıq ki, Şuşada əsası qoyulacaq bu təşkilat qlobal arenada vacib təşkilata çevriləcək”.

1news.az

Paylaş:
501

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər