“Technest” Təqaüd Proqramı yeni tədris ilinə start verir | 1news.az | Xəbərlər
Cəmiyyət

“Technest” Təqaüd Proqramı yeni tədris ilinə start verir

Qafar Ağayev17:32 - 22 / 08 / 2022
“Technest” Təqaüd Proqramı yeni tədris ilinə start verir

Bakı Dizayn Akademiyası ilə əməkdaşlıq çərçivəsində 30 gənc 3D Dizayn, UX/UI Dizayn və Peşakar UX/UI ixtisaslarında 70%, 90% və 100% təqaüdlə təhsil ala biləcək.

1news.az xəbər verir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi ‘’Technest’’ Təqaüd Proqramı çərçivəsində bir sıra yeni kurslara qəbul açıq elan edilir. Agentlik dövlət-özəl əməkdaşlığı çərçivəsində Bakı Dizayn Akademiyası ilə birgə gənclərə 3D Dizayn, UX/UI Dizayn və Peşəkar UX/UI ixtisasları üzrə tam və qismən təqaüdlə təhsil almaq fürsətini yaradır.

Qeyd edək ki, dərslər həm yerli, həm də regionun aparıcı mütəxəssisləri tərəfindən tədris olunacaq. Təqaüd proqramında iştirak etmək üçün son müraciət tarixi 30 avqust 2022-ci ildir. Müvafiq elektron keçidə daxil olmaqla kurslar və qeydiyyat haqqında ətraflı məlumat əldə etmək olar. https://bda.edu.az/teqaud-proqrami.

Sözügedən təqaüd proqramı ilə bağlı Agentliyin ‘’Səriştə və Bacarıqların inkişafı proqramları’’ departamentinin rəhbəri Elnarə Əlizadə bildirib: ‘Çox sevindiricidir ki, Technest çərçivəsində təhsil tərəfdaşlarımızın sayı artmaqdadır. Yeni tədris ilinə Bakı Dizayn Akademiyası ilə birgə start veririk. Ənənəvi yanaşmadan fərqli olaraq yeni tədris ilində tələbələrə tam və qismən təqaüdlərin ayrılması nəzərdə tutulur. Bu format müraciət edənlər arasında sağlam rəqabətin formalaşmasına böyük təkan verəcək. Ümumilikdə 30 nəfər qalib seçilərək Bakı Dizayn Akademiyasında təhsil almaq fürsəti əldə edəcək. İmtahan mərhələlərinin nəticəsindən asılı olaraq 30 tələbədən 6-sı 100%, 15-i 90%, 9-u isə 70% təqaüd əldə edə biləcək’’.

Paylaş:
330

Son xəbərlər

Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edibBu gün, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıbBu gün, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyubBu gün, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİBBu gün, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİBBu gün, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİBBu gün, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİBBu gün, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyubBu gün, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTOBu gün, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulubBu gün, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTOBu gün, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİBBu gün, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEOBu gün, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edibBu gün, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyubBu gün, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıbBu gün, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”Bu gün, 13:10AMEA-nın loqosu dəyişdi - FOTOBu gün, 13:02Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 12:55
Bütün xəbərlər