Ələtdə minik avtomobili ilə moped toqquşub - Ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Ələtdə minik avtomobili ilə moped toqquşub - Ölən var

Qafar Ağayev13:36 - 24 / 08 / 2022
Ələtdə minik avtomobili ilə moped toqquşub - Ölən var

Avqustun 23-də saat 16 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Cəfərovun sürdüyü “Toyota” markalı avtomobillə Hacıqabul rayon sakini Samir Şıxalıyevin idarə etdiyi moped toqquşub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, qəza nəticəsində S.Şıxalıyev hadisə yerində ölüb.

Elə həmin gün saat 13 radələrində Qobustan rayonunun Nərimankənd kəndi ərazisində Abşeron rayon sakini S.Tağıyev idarə etdiyi “Toyota” markalı avtomobili beton arakəsməyə vurub. Qəza nəticəsində hadisə zamanı avtomobildə olan bir yaşlı Tuncay Quliyev xəstəxanaya aparılarkən yolda ölüb.

Hər iki hadisə ilə bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Paylaş:
227

Son xəbərlər

Bütün xəbərlər