Agentlik minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatları açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Agentlik minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatları açıqladı

Qafar Ağayev10:18 - 29 / 08 / 2022
Agentlik minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatları açıqladı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan 1news.az-a verilən məlumata görə, avqustun 22-dən 27-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 240 piyada əleyhinə mina, 69 tank əleyhinə mina və 81 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 731 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Paylaş:
275

Son xəbərlər

Bütün xəbərlər