ANAMA Qubadlıda mina partlayışında xəsarət alan şəxslə bağlı məlumat yaydı
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) Qubadlıda minaya düşən əməkdaşının son durumunu açıqlayıb.
ANAMA-nın Mətbuat Xidmətindən 1news.az-a daxil olan məlumatda deyilir:
"Bu gün Agentliyin minaaxtaran it bələdçisi, 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
Nəticədə Hüseynov Nəcməddin Abdulla oğluna yerində Agentliyin paramedikləri tərəfindən ilkin tibbi yardım göstəriləndən sonra Füzuli rayon xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti stabildir. Həyati təhlükəsi yoxdur.
Hörmətli vətəndaşlar, bədbəxt hadisələrlə üzləşməmək üçün sizi daha diqqətli olmağa çağırırıq" - deyə, məlumatda qeyd olunub.