“Bakıda 400 manata belə kirayə tapmaq çətindir” - Kirayə mənzil bazarında VƏZİYYƏT | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bakıda 400 manata belə kirayə tapmaq çətindir” - Kirayə mənzil bazarında VƏZİYYƏT

Ayşən İsmayılova11:55 - 21 / 09 / 2022
“Bakıda 400 manata belə kirayə tapmaq çətindir” - Kirayə mənzil bazarında VƏZİYYƏT

“Kirayə bazarında vəziyyət hər il kəskinləşir”.

Bunu 1news.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

“Bakıda 11 minə qədər istismar müddətini bitirmiş köhnə iki, üç, dörd, beşmənzilli binalar var. 2016-cı ildə Nazirlər Kabinetinin 86 saylı sərəncamı oldu ki, həmin köhnə binalar sökülsün və yeni binalarla əvəzlənsin. 2016-cı ildən bu yana çox sayda köhnə binalar sökülüb. Bəs bu binalar söküldükdə nə baş verir?Həmin binadakı kirayəlik mənzillər artıq kirayə bazarından çıxır. Orada yaşayan sakinlər isə binaları tikilib təhvil verilənə qədər kirayə evlərə çıxmalı olurlar. Binalar təhvil verildikdən sonra isə artıq yeni binalardakı mənzillərin qiyməti ilə köhnə binalardakı mənzillərin qiyməti eyni olmur, iki dəfə qədər baha olur. Bu tip layihələrlə çox sayda binalar sökülüb”.

Ekspert həmçinin bölgələrdən paytaxta gələn tələbələrin münasib qiymətə kirayə mənzil tapmaqda çəkdiyi çətinliklərdən və bunun səbəblərindən də bəhs edib:

“Nərimanov və Yasamal rayonları tələbələrin ən çox axın etdiyi ərazilərdir. Məhz bu ərazilərdə söküntü çox olduğu üçün tələbələrin ev tapmağında ciddi problemlər var. Daha çox da Nərimanov rayonu ərazisində söküntülər aparılır və kirayə evləri yerli sakinlər ən az 2-2.5 il müddətinə özləri götürürlər. Tələbələr əvvəlki illərdə birotaqlı mənzili 250-300 manata tapa bilirdilərsə, hazırda 400 manata belə tapmaq çətindir. Tikinti prosesləri sürətlənsə, yaxın 10 ildə paytaxt ərazisində ucuz kirayə mənzil barmaqla sayıla biləcək sayda olacaq.

Tələbələr məcburən Xırdalan, Biləcəri kimi Bakı ətrafı yerlərə üz tuturlar, bununla da günün bir neçə saatını yollarda itirmiş olurlar. Başlıca problem tələbə yataqxanalarının məhdud sayda olmasıdır. Bölgələrdən gələn minlərlə tələbə var ki, bu da bir neçə min mənzilin sırf bölgələrdən gələn tələbələr tərəfindən kirayələnməsi deməkdir”.

E. Fərzəliyev son olaraq tələbələr üçün yataqxanalar tikilməsinin önəmini qeyd edib:

“Tələbələrin ev problemi həll olunarsa, yataqxanalar tikilərsə, şəhərin özündə də yerli sakinlər üçün də münbit şərait yaranar. Çünki Bakıda yaşayanların da hamısının evi yoxdur. Gənc ailələr evləndikdən sonra ev tapmaqda çətinlik çəkirlər”.

Ayşən İsmayılova

Paylaş:
514

Son xəbərlər

Ağadadaş Ağayev məhkəməyə gəlibBu gün, 15:08Azərbaycan Respublikasının Prezidenti Maldiv Prezidenti ilə görüşübBu gün, 14:41İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb - YENİLƏNİBBu gün, 14:25Azərbaycan Prezidenti İlham Əliyev Yəmənin vitse-prezidenti ilə görüşübBu gün, 14:23Dövlət başçısı Nepal Prezidenti ilə görüşübBu gün, 14:21İlham Əliyev Efiopiya Prezidenti ilə görüşübBu gün, 14:12Əli Əsədov ilə OPEC-in Beynəlxalq İnkişaf Fondunun prezidenti arasında görüş keçirildiBu gün, 14:05ABB ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında 50 milyon dollarlıq anlaşma imzalandı! - FOTOBu gün, 13:58COP29 çərçivəsində ali audit orqanlarının iqlim fəaliyyətindəki roluna dair tədbir keçirilib - FOTOBu gün, 13:45Sabah hava necə olacaq? - PROQNOZBu gün, 13:35İlham Əliyev Braziliyanın vitse-prezidenti ilə görüşübBu gün, 13:25COP29-da Orta Dəhlizin rəqəmsallaşdırılması müzakirə olunacaqBu gün, 13:23Kamran Əliyev BƏƏ-nin Baş Prokurorunun müavini ilə görüşübBu gün, 13:22Vüqar Gülməmmədov: “İqlim dəyişikliklərinin təsirlərinin azaldılması böyük maliyyə vəsaiti tələb edir”Bu gün, 13:03Azərbaycan Prezidenti Avropa Şurasının Baş katibi ilə görüşübBu gün, 12:16Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 11:58COP tarixində ilk dəfə “Rəqəmsallaşma Günü” keçiriləcəkBu gün, 11:29COP29-un Yaşıl zonasında ziyarətçiləri nələr gözləyir? - FOTOREPORTAJBu gün, 11:03İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşübBu gün, 10:56Kamran Əliyev İƏT baş katibi ilə görüşübBu gün, 10:55
Bütün xəbərlər