Ölkəmizə yük və sərnişin daşımaları artıb
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12,3% və 38,9% artıb.
Dövlət Statistika Komitəsindən 1news.az verilən məlumata görə, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 157,6 milyon ton yük daşınıb.“Yüklərin 3,6%-i dəniz, 8,6 faizi dəmir yolu, 0,2%-i hava, 57,1%-i avtomobil nəqliyyatı, 30,5 faizi isə boru kəməri ilə daşınıb”, - məlumatda qeyd olunur.
Məlumata əsasən, qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 12,3% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,9% təşkil edib.
Qeyd olunur ki, 2022-ci ilin yanvar-sentyabr aylarında nəqliyyatçılar 1 165,2 milyon sərnişinə xidmət göstərmişlər. Sərnişinlərin 87%-i avtomobil nəqliyyatı, 12,6%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.