Azərbaycanda qaz kondensatının istehsalı azaldı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda qaz kondensatının istehsalı azaldı

16:35 - 25 / 10 / 2022
Azərbaycanda qaz kondensatının istehsalı azaldı

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 3 689,61 min ton qaz kondensatı hasil edib ki, bu da illik müqayisədə 7,57% azdır.

Dövlət Statistika Komitəsindən 1news.az-a verilən məlumata görə, 2021-ci ilin yanvar-sentyabr aylarında ölkədə 3 991,7 min ton qaz kondensatı istehsal edilib.

Məlumata əsasən, hesabat dövründə Azərbaycanda istehsal edilən qaz kondensatın 3 665,33 tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 7,85% azdır. Belə ki, 2021-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 3 977,8 min ton səviyyəsində olub.

Xatırladaq ki, ötən il Azərbaycan 5 342,1 min ton qaz kondensatı hasil edib ki, bu da illik müqayisədə 26,6% çoxdur. 2021-ci ildə Azərbaycanda istehsal edilən qaz kondensatın 5 324,5 min tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 27,2% çoxdur.

Paylaş:
453

Son xəbərlər

Bütün xəbərlər