Azərbaycanda ASC sədri vəzifəsindən kənarlaşdırılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda ASC sədri vəzifəsindən kənarlaşdırılır

15:02 - 28 / 10 / 2022
Azərbaycanda ASC sədri vəzifəsindən kənarlaşdırılır

“Bakı Nəqliyyat-10” ASC-nin təkrar növbədənkənar ümumi yığıncağı keçiriləcək.

1news.az "Vergilər" qəzetinə istinadən xəbər verir ki, növbədənkənar ümumi yığıncağının 28 noyabr, saat 11.00-da Bakı şəhəri, Nizami rayonu, 8 km qəsəbəsi, Çobanzadə 2403 ünvanında keçiriləcək.

Gündəliyə daxil olan məsələlər aşağıdakılardır:

1. Qasımov Vidadi Vaqif oğlunun “Bakı Nəqliyyat-10” ASC-nin İdarə heyətinin sədri vəzifəsindən azad edilməsi;

2. Rüstəmli Orxan Rafael oğlunun “Bakı Nəqliyyat-10” ASC-nin İdarə heyətinin sədri vəzifəsinə təyin edilməsi.

Paylaş:
346

Son xəbərlər

Bütün xəbərlər