Taleh Kazımov: Cari ilin 9 ayında manatın nominal kredit məzənnəsi 5% bahalaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Taleh Kazımov: Cari ilin 9 ayında manatın nominal kredit məzənnəsi 5% bahalaşıb

13:01 - 03 / 11 / 2022
Taleh Kazımov: Cari ilin 9 ayında manatın nominal kredit məzənnəsi 5% bahalaşıb

Bu il Azərbaycanda valyuta bazarında tarazlıq qorunub.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov noyabrın 3-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkrlıq komitəsinin iclasında 2023-cü ilin dövlət büdcəsi ilə bağlı müzakirələrdə deyib.

O qeyd edib ki, cari ilin 9 ayında manatın nominal kredit məzənnəsi 5% bahalaşıb. “Mərkəzi Bankın maliyyə sabitliyi siyasəti və nəzarət tədbirləri maliyyə sektorunda stabil fəaliyyətinə və ödənişlərin fasiləsizliyinə yönəldilib. Bank sektorunun dayanqlılığı bütövlükdə diqqətdə saxlanılıb”, - deyə o bildirib.

Xatırladaq ki, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub.

Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.

Paylaş:
556

Son xəbərlər

Bütün xəbərlər