“Fransa növbəti dəfə beynəlxalq hüququ ayaqlar altına aldı” - Siyasi şərh | 1news.az | Xəbərlər
Siyasət

“Fransa növbəti dəfə beynəlxalq hüququ ayaqlar altına aldı” - Siyasi şərh

16:34 - 16 / 11 / 2022
“Fransa növbəti dəfə beynəlxalq hüququ ayaqlar altına aldı” - Siyasi şərh

15 noyabr 2022-ci ildə Avropa İttifaqının dəyər və prinsiplərini heçə sayan Fransa Senatında Azərbaycan əleyhinə qətnamə layihəsinin qəbul edilməsi rəsmi Parisin bir daha beynəlxalq hüququn əsas prinsiplərini tapdaladığını, erməni lobbisinin təsirində olduğunu, Birləşmiş Millətlər Təşkilatının(BMT) Təhlükəsizlik Şurasının üzvü kimi sülhün təmin edilməsi və qorunması öhdəliyinə sadiq qalmadığını göstərdi.

Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılmasını təklif edən Senat Azərbaycanı “təcavüzkar” kimi qələmə verdi.

Dünənki birtərəfli və qərəzli qətnamə ilə bağlı 1news.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi şərhçi Tural İsmayılov Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməni beynəlxalq hüquq baxımından rəzalət adlandırıb:

“Hesab edirəm ki, Fransa növbəti dəfə beynəlxalq hüququ ayaqlar altına aldı. Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə beynəlxalq hüquq baxımından növbəti rəzalətdir. Eyni zamanda dünyada siyasi güc mərkəzlərinin insan haqları beynəlxalq hüquqla bağlı anlayışları necə tapdaladıqlarını bir daha ortaya qoydu. Fransa Senatının Azərbaycanın ərazi bütövlüyünə qarşı sayğısızlıq etməsi, qondarma Dağlıq Qarabağ ifadələrinə yer verilməsi Fransanın niyyətini açıq şəkildə ortaya qoydu”.

T.İsmayılov Fransanın 132 il müstəmləkədə saxladığı Əlcəzair xalqına törətdiyi soyqırımı dünən bir daha nümayiş etdirdiyini də bildirib:

“Fransa Əlcəzair xalqına qarşı törətdiyi soyqırımı bu gün öz Senatında nümayiş etdirməklə növbəti dəfə konfliktlər və ölkələrarası problemlərin həllində vasitəçi rolu oynaya bilməyəcəyini göstərdi. Hesab edirəm ki, bundan sonra Fransa-Azərbaycan münasibətləri daha da kəskinləşəcək. Lakin düşünürəm ki, Senatın qəbul etdiyi qərar hökumət tərəfindən qəbul edilməyəcək. Əgər Emmanuel Makron Fransa Senatının qəbul etdiyi qətnaməni qəbul edib imza atsa, Cənubi Qafqaz regionunda Azərbaycanı və bütövlükdə Türkiyə ilə əlaqələri korlayacaq. Bu da Fransanın gələcək siyasi-iqtisadi maraqlarına sərf etmir. Həmçinin sözügedən qətnamə təkcə Azərbaycan tərəfindən deyil, bütün türk və müsəlman dövlətlərinə qarşı demaş kimi qəbul ediləcək və bu kontekstdə olan dövlətlər tərəfindən etirazla qarşılanacaq”.

1954-cü ildən 1962-ci ilə qədərki müstəqillik mübarizəsində 1 milyon əlcəzairli həyatını işgəncələrlə itirməsinə səbəbkar olan fransız ordusunun bəzi fotolarını təqdim edirik:

Aynurə Xudaverdiyeva

Paylaş:
511

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər