Mikayıl Cabbarov: “Azərbaycanın İsraildə səfirliyinin açılması ölkələrimiz arasında əməkdaşlığı genişləndirəcək” | 1news.az | Xəbərlər
Siyasət

Mikayıl Cabbarov: “Azərbaycanın İsraildə səfirliyinin açılması ölkələrimiz arasında əməkdaşlığı genişləndirəcək”

14:43 - 19 / 11 / 2022
Mikayıl Cabbarov: “Azərbaycanın İsraildə səfirliyinin açılması ölkələrimiz arasında əməkdaşlığı genişləndirəcək”

“Azərbaycanın İsraildə səfirliyinin açılması ölkələrimiz arasında əməkdaşlığı genişləndirəcək”.

1news.az xəbər verir ki, bunu iqtisadiyyat naziri, Azərbaycan-İsrail hökumətləri arasında Birgə Komissiyanın həmsədri Mikayıl Cabbarov Milli Məclisin Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsi ilə bağlı qərarına münasibət bildirərkən deyib.

Nazir tvitter hesabında yazıb: “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri olaraq, Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsinin ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi, iqtisadi-ticarət əlaqələrinin təşviqi və tərəfdaşlığımızın daha da gücləndirilməsi istiqamətində fəaliyyətimizə mühüm töhfə verəcəyinə inanıram”.

1news.az

Paylaş:
418

Son xəbərlər

Bütün xəbərlər