Azərbaycan Prokurorluğunun beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığı davam etdirilir - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Prokurorluğunun beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığı davam etdirilir - FOTO

15:07 - 19 / 11 / 2022
Azərbaycan Prokurorluğunun beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığı davam etdirilir - FOTO

15-17 noyabr tarixlərində İspaniya Krallığının paytaxtı Madrid şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE) üçüncü iclası keçirilib.

Bu barədə 1news.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

BMT nümayəndələri, habelə, Amerika Birləşmiş Ştatları, Rusiya Federasiyası, Böyük Britaniya, Türkiyə, Çin, Albaniya, Qazaxıstan, Özbəkistan və digər dövlətlərin təmsilçilərinin qatıldığı tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Baş prokurorunun xüsusi tapşırıqlar üzrə köməkçisi Saleh Hacıyev və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Kamil Kamilli təmsil ediblər.
İclasda Şəbəkənin illik iş planının icra vəziyyəti, birinci iclasdan hazırkı dövrə qədər olan müddət ərzində korrupsiyaya qarşı mübarizə sahəsində əldə olunmuş nailiyyətlər, korrupsiyaya qarşı mübarizə aparan orqanlar arasında qarşılıqlı hüquqi yardımın səmərəliliyinin artırılması, müvafiq sorğuların cavablandırılması prosesinin sürətləndirməsinin təmin edilməsi məqsədilə yaradılmış Təhlükəsiz Rabitə Platformasının (Secure Communication Platform) funksiyalarının genişləndirilməsi və digər bu kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüş zamanı nümayəndələrimiz Azərbaycan Respublikasının Prokurorluğu tərəfindən beynəlxalq əməkdaşlığın ayrı-ayrı sahələri və həmin münasibətlər çərçivəsində görülmüş işlər, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş mütərəqqi islahatlar, sözügedən sahədə hüquq mühafizə orqanlarının qarşılıqlı fəaliyyəti və digər məsələlər barədə iştirakçıları məlumatlandırıblar.
Bundan başqa, iclas zamanı nümayəndələrimiz GlobE Katibliyinin rəsmiləri və eləcə də iştirakçı dövlətlərin nümayəndələri ilə görüşlər keçirərək korrupsiyaya qarşı mübarizənin müxtəlif aspektləri üzrə müzakirələr aparıblar.

Paylaş:
533

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər