Suriya Türkiyəyə daha 5 raket atdı - Ölən və yaralananlar var

PKK/YPG terror qruplaşması Suriyanın şimalından Türkiyənin Qaziantep şəhərinin Karkamış vilayətinə 5 raket atıb.
1news.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.
Hadisə nəticəsində 2 nəfər ölüb. Ümumilikdə 6 nəfər yaralanıb, 2-sinin vəziyyəti ağırdır. Əraziyə təcili tibbi yardım avtomobilləri və xilasedicilər cəlb olunub.
Qeyd edək ki, ötən gün də Suriya ərazisindən Türkiyənin Kilis əyalətinə raket zərbələri endirilmiş, nəticədə 7 polis əməkdaşı yaradılmışdı.
497