Prezident Özbəkistanın Liberal Demokratik Partiyasının İcra Komitəsinin sədrini qəbul edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Özbəkistanın Liberal Demokratik Partiyasının İcra Komitəsinin sədrini qəbul edib

Qafar Ağayev15:02 - 21 / 11 / 2022
Prezident Özbəkistanın Liberal Demokratik Partiyasının İcra Komitəsinin sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Özbəkistanın Liberal Demokratik Partiyasının İcra Komitəsinin sədri Aktam Xaitovu qəbul edib.

1news.az xəbər verir ki, Aktam Xaitov Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə Prezident İlham Əliyevi öz adından və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin adından təbrik edib, Özbəkistanın dövlət başçısının xoş arzularını Prezident İlham Əliyevə çatdırıb.

Aktam Xaitov Prezident Şavkat Mirziyoyevin Azərbaycan ilə qarşılıqlı əlaqələri yüksək qiymətləndirdiyini vurğulayıb.

Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib, onun da xoş arzularını Özbəkistan Prezidentinə çatdırmağı xahiş edib.

Bu il ərzində Özbəkistana üç dəfə səfər etdiyini deyən Prezident İlham Əliyev Prezident Şavkat Mirziyoyevlə görüşlərini məmnunluqla xatırlayıb.

Söhbət zamanı Yeni Azərbaycan Partiyası ilə Özbəkistanın Liberal Demokratik Partiyası arasında əməkdaşlığın səmərəliliyinin və qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.

Paylaş:
296

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər