Xalq artisti Zaur Rzayevin son vəziyyəti açıqlandı

Bir müddətdir xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti məlum olub.
1news.az Oxu.Az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilən 1952-ci il təvəllüdlü şəxsin (kişi) vəziyyəti kritik ağır qiymətləndirilir.
Xatırladaq ki, Z.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilib. Ona qaraciyər sirrozu, assit və toksiki ensefalopatiya diaqnozları təyin edilib.
69












