Penitensiar xidmətin yeni rəisi kimdir? - DOSYE | 1news.az | Xəbərlər
Cəmiyyət

Penitensiar xidmətin yeni rəisi kimdir? - DOSYE

1news Redaksiyası13:41 - Bu gün
Penitensiar xidmətin yeni rəisi kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin Sərəncamı ilə Sahib Cəlil oğlu Rzayev ahib Cəlil oğlu Rzayev Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.

 1news.az vəzifəyə təyin olunan Sahib Rzayev haqqında məlumatları təqdim edir:

Sahib Cəlil oğlu Rzayev 1977-ci ildə anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2011-ci ildə beynəlxalq hüquq ixtisası üzrə magistr dərəcələrini fərqlənmə diplomları ilə bitirib.

2006-cı ilədək daxili işlər orqanlarında müstəntiq, 2006-cı ildən 2008-ci ilədək Fövqəladə Hallar Nazirliyində baş müstəntiq, 2008-ci ildən 2023-cü ilə qədər Fövqəladə Hallar Nazirliyində Əməliyyat-istintaq idarəsinin İstintaq şöbəsinin rəisi, Əməliyyat-istintaq idarəsinin rəisi və Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik baş idarəsinin rəisi vəzifələrində çalışıb.

2025-ci ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini vəzifəsində çalışıb.

2025-ci ilin iyul ayından son təyinata qədər Sahib Rzayev Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəisi vəzifəsində işləyib.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər