Sarkisyanın mühafizə xidmətinin keçmiş rəisinə yeni cinayət işi açılıb | 1news.az | Xəbərlər
Ermənistan

Sarkisyanın mühafizə xidmətinin keçmiş rəisinə yeni cinayət işi açılıb

11:13 - 21 / 11 / 2022
Sarkisyanın mühafizə xidmətinin keçmiş rəisinə yeni cinayət işi açılıb

Ermənistan baş prokurorluğu eks-prezident Serj Sarkisyanın mühafizə xidmətinin keçmiş rəisi Vaçaqan Kazaryana, onun həyat yoldaşına və onlara məxsus “Yans” klubunun rəhbərliyinə qarşı cinayət işi açıb.

1news.az APA-ya istinadən xəbər verir ki, onlar hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunurlar.

Onlardan yaşayış yerini tərk etməmək barədə öhdəlik alınıb.

Vaçaqan Kazaryan, yoldaşı və “Yans” klubunun direktoru ilə birlikdə 2017-ci ildə klubun muhasibatçısından hədə-qorxu yolu ilə 100 min dollar vəsait tələb etməkdə təqsirləndirilir.

Paylaş:
922

Son xəbərlər

Bütün xəbərlər