Fransadan Ermənistana rədd cavabı gəldi | 1news.az | Xəbərlər
Ermənistan

Fransadan Ermənistana rədd cavabı gəldi

11:46 - 22 / 11 / 2022
Fransadan Ermənistana rədd cavabı gəldi

Fransa Zəngəzur vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanı Ermənistana ekstradisiya etməkdən imtina edib.

1news.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Baş Prokurorluğu yayıb.

Məlumata görə, istintaq zamanı Xaçatryanın Fransada olması məlum olub. Bunun ardınca onun ekstradisiya olunması barədə rəsmi Parisə müraciət edilib. Fransa isə Ermənistanın sözügedən tələbini rədd edib.

Qeyd edək ki, 2019-cu ildə S.Xaçatryana qarşı ittiham irəli sürülüb və o, axtarışa verilib. Keçmiş qubernator vəzifə öhdəliklərindən sui-istifadədə və vəzifəsi ilə bağlı saxtakarlıqda ittiham olunur.

Paylaş:
912

Son xəbərlər

Bütün xəbərlər