DİM Elm və Təhsil Nazirliyində işə qəbul üzrə müsahibələri ləğv edib | 1news.az | Xəbərlər
Cəmiyyət

DİM Elm və Təhsil Nazirliyində işə qəbul üzrə müsahibələri ləğv edib

Qafar Ağayev17:48 - 30 / 11 / 2022
DİM Elm və Təhsil Nazirliyində işə qəbul üzrə müsahibələri ləğv edib

Sentyabrın 6-da elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibə elanında Elm və Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin Layihələr ilə iş sektorunda vakant məsləhətçi vəzifəsi üzrə qeydiyyatdan keçmiş namizədlərin nəzərinə çatdırırıq ki, Dövlət İmtahan Mərkəzinə noyabrın 28-də daxil olmuş Elm və Təhsil Nazirliyinin 25 noyabr 2022-ci il tarixli №05-9-2460/16 nömrəli məktubunda Nazirliyin Aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say həddi, habelə Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı və yeni yaradılan agentliklərin strukturu və işçilərinin say həddi ilə bağlı təkliflər hazırlanır.

DİM-dən 1news.az-a verilən xəbərə görə, Elm və Təhsil Nazirliyinin qeyd edilən məktubu nəzərə alınaraq sentyabrın 6-da elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibə elanında həmin nazirliyin Təhsilin inkişafı və proqramları şöbəsinin Layihələr ilə iş sektorunda vakant məsləhətçi vəzifəsi üzrə 21 dekabr 2022-ci il – 6 yanvar 2023-cü il tarixlərinə təyin edilmiş müsahibələr ləğv edilib.

“Əlavə olaraq bildiririk ki, qanunvericiliyin tələbinə əsasən, dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak isə ödənişlidir.

Müsahibələrin ləğv edilməsi namizədlərin ödənişsiz iştirak etmək hüququna malik olduğu müsahibə sayı hesablanarkən nəzərə alınacaq, habelə müsahibədə iştirak etmək üçün namizədlər tərəfindən ödənilmiş məbləğ geri qaytarılacaqdır”, - məlumatda deyilir.

Paylaş:
181

Son xəbərlər

Samsung yeni Galaxy S23 Seriyasını təqdim etdi: Bu günün və sabahın premium təcrübəsiBu gün, 22:21Sevinc Fətəliyeva: Azərbaycanın xarici siyasətində Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı vacib yer tuturBu gün, 20:44Gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən şəxslər təltif edildiBu gün, 17:512023-cü il Gənclər üçün Prezident mükafatları verilib - SİYAHIBu gün, 17:45Uşaqlara qarşı seksual xarakterli zorakılıq hərəkətlərinə görə cəzalar sərtləşdirilibBu gün, 17:45Fevralın 2-nə USD/AZN rəsmi məzənnəsi açıqlanıbBu gün, 17:41Satmaq öhdəliyi ilə verilən mənzillərin kirayəçilərinin cərimələnəcəyi hal müəyyənləşdiBu gün, 17:38Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQBu gün, 17:23Qalib Azərbaycanın intellektual və güclü gəncliyiBu gün, 17:19FHN Gəncədəki yanğınla bağlı məlumat yaydıBu gün, 17:13İranlı narkobaronların ölkə daxilindəki havadarlarına qarşı əməliyyatlar keçirilib, 36 nəfər saxlanılıbBu gün, 16:58Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanıldıBu gün, 16:45Peyvənd olunanların sayı açıqlanıbBu gün, 16:35Azərbaycanda daha 39 nəfər COVID-19-a yoluxubBu gün, 16:32Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosuna yeni rəis təyin edilibBu gün, 16:23Türkiyə-Naxçıvan sərhədi açılıbBu gün, 16:02Eldar İbrahimov yenidən Milli Məclisin İntizam Komissiyasının sədri seçilibBu gün, 15:52ANAMA sədrinə birinci müavini təyin olunubBu gün, 15:41Parlament sahibkarlıq sahəsində yoxlamaların daha 1 il dayandırılmasını təsdiqləyibBu gün, 15:11“Diskotekanı ölkəyə mən gətirmişəm” - Niyaməddin MusayevBu gün, 14:52
Bütün xəbərlər

Next TV