Ceyhun Bayramov ATƏT-in XİN başçılarının iclasında iştirak üçün Polşaya səfər edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ceyhun Bayramov ATƏT-in XİN başçılarının iclasında iştirak üçün Polşaya səfər edib

Qafar Ağayev09:43 - 30 / 11 / 2022
Ceyhun Bayramov ATƏT-in XİN başçılarının iclasında iştirak üçün Polşaya səfər edib

Noyabrın 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirak etmək məqsədilə Polşa Respublikasına işgüzar səfərə yola düşüb.

Bu barədə 1news.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

Səfər çərçivəsində, həmçinin nazir Ceyhun Bayramovun ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur.

Paylaş:
364

Son xəbərlər

Bütün xəbərlər