Azərbaycanda daha 48 nəfər COVID-19-a yoluxub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda daha 48 nəfər COVID-19-a yoluxub

16:37 - 01 / 12 / 2022
Azərbaycanda daha 48 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 824 385 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 148 nəfər müalicə olunaraq sağalıb, 9 981 nəfər vəfat edib, aktiv xəstə sayı 256 nəfərdir.

Ölkədə son sutka ərzində 1 840, hazırkı dövrədək isə 7 377 282 test aparılıb.

1news.az

Paylaş:
293

Son xəbərlər

Bütün xəbərlər