Müharibədən əziyyət çəkmiş 1187 vətəndaşa psixoloji yardım göstərilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Müharibədən əziyyət çəkmiş 1187 vətəndaşa psixoloji yardım göstərilib - FOTO

Qafar Ağayev12:42 - 01 / 12 / 2022
Müharibədən əziyyət çəkmiş 1187 vətəndaşa psixoloji yardım göstərilib - FOTO

Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, o cümlədən qazilərin, doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə yenidən Türkiyədən ölkəmizə gəlmiş 20 nəfərdən artıq peşəkar psixoloq FHN-in mütəxəssisləri ilə birgə sentyabrın 5-dən etibarən fəaliyyətlərini davam etdirirlər.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

Belə ki, ötən müddət ərzində 1187 vətəndaşa, o cümlədən 180 uşağa 2837 seans psixoloji yardım göstərilib.

Xatırladaq ki, hazırda Bakı, Gəncə, Bərdə, Xaçmaz və Cəlilabad şəhərlərində ödənişsiz həyata keçirilən psixoloji yardım üçün vətəndaşlar Nazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.

Paylaş:
546

Son xəbərlər

Bütün xəbərlər