Neftin qiyməti cüzi artıb
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2023-cü ilin fevral müqaviləsinin dəyəri 0,83% artaraq, 1 barelə görə 77,81 dollar təşkil edib.
1news.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,92% artaraq, 72,67 dollara bərabər olub.
279