Avropada qazın qiyməti 1 500 dollardan aşağı enib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Avropada qazın qiyməti 1 500 dollardan aşağı enib

12:12 - 12 / 12 / 2022
Avropada qazın qiyməti 1 500 dollardan aşağı enib

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 500 ABŞ dollarınından aşağı enib.

1news.az xəbər verir ki, 12 dekabr tarixində yanvar fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 435,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 519 dollar) ilə müqayisədə 5,5% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Paylaş:
563

Son xəbərlər

Bütün xəbərlər