Qızıl cüzi ucuzlaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Qızıl cüzi ucuzlaşıb

11:05 - 14 / 12 / 2022
Qızıl cüzi ucuzlaşıb

Dünya bazarlarında qızıl cüzi ucuzlaşıb.

1news.az birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın fevral fyuçersləri 0,28 % və ya 5,2 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1799 dollara satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 0,47 % düşərək 1 unsiyası 23,878 ABŞ dolları təşkil edib.

ABŞ-da inflyasiyanın zəifləməsi qiymətli metalın qiymətini dəstəkləyir. Belə ki, noyabr ayında ABŞ-da illik inflyasiya gözlənildiyindən daha çox zəifləyib və oktyabr ayı ilə müqayisədə 7,7%-dən 7,1%-ə düşüb.

Nəticədə, dolların indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 1 % düşərək təxminən 104 bənd təşkil edib. ABŞ valyutasının ucuzlaşması qızılı digər valyutalarda alış üçün əlverişli edir.

1news.az

Paylaş:
552

Son xəbərlər

Bütün xəbərlər